Rəsmən: Corc Rassel gələn il Williams-da debüt edəcək

Williams komandası gələn il Mercedes komandasının yetirməsi olan Corc Rassellə yarışacaq.

F-1.az xatırladır ki, keçən il GP3-ün qalibi olmuş 20 yaşlı sürücü bu il Formula2-də 6 qələbə qazanıb və çempion olmağa çox yaxındır.

Williams komandası britaniyalı sürücünün müqaviləsinin çoxillik olduğunu bildirib.

Cors Rassel: ” Williams kimi nüfuzlu komandaya qoşulmaq qürurvericidir. Formula1 uşaqlıq arzum idi. Uşaq olanda yarışları izləyirdim. İndi isə peletonda olacam. Bu, gözəl hissdir. Mənə güvəndikləri üçün Williams komandasına və GP3, F2-də məni dəstəklədikləri üçün Toto və Mercedes-ə təşəkkür edirəm. Qrouvda işə başlamaq üçün səbirsizlənirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*