Rəsmən: Ceyms Ki McLaren-in texniki direktoru olacaq

Ceyms Ki Mclaren-in texniki direktoru postunu tutmaq üçün Toro Rossonu tərk edib - britaniya komandası faktı təsdiqləyib.

F-1.az bildirir ki, 46 yaşlı mühəndis 2012-ci ildən bəri Toro Rosso-nun texniki direktoru vəzifəsini tutub. Bundan əvvəl isə Sauber, Force İndia, Midland, Spyker və Jordan-da mühəndis işləyib. Ceyms indi məcburi məzuniyyətdədir. McLaren və Red Bull komandaları onun yeni vəzifəsinin icrasına nə vaxt başlaya biləcəyi barədə danışıqlar aparırlar.

Bundan başqa, Mett Morris McLaren-in baş mühəndisi vəzifəsini tərk edib. O, Tim Qoss və Piter Prodromu ilə birlikdə Erik Bulyenin rəhbərlik etdiyi idarəedici struktura daxil idi. Tim komandanı apreldə tərk edib, Piter isə aerodinamika departamentinin rəhbəri postunu qoruyub saxlayacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*