Rəsmən: C.Əllison Mercedes AMG-nin texniki direktoru təyin olunub!

Yayda Ferrari-dən ayrıldıqdan bəri adı müxstəlif komandalarla hallanan Əllisonun Mercedes AMG-yə keçəcəyi gözlənilən idi.

F-1.az iyulda xəbər vermişdi ki, yoldaşının vəfatından sonra uşaqlarına daha çox vaxt ayırmaq istəyən təcrübəli mütəxəssis Ferrari-dən ayrılmış və Britaniyaya qayıtmışdı.  Pəddi Lounun hələ Mercedes AMG-dən ayrılacağı barədə xəbərlər yayılanda onun əvəzinə Əllisonun gətiriləcəyi deyilirdi. Bu reallaşıb – yanvarın əvvəli komandadan ayrılan Pəddi Lounun yerinə Ceyms Əllison gətirilib. Ceyms martın 1-dən bu vəzifəni tutacaq və komandaya tam rəhbərliyi ələ keçirən Toto Volffa tabe olacaq…

Ceyms Əllison: “Mən həyəcanla müəyyən fasilədən sonra yenidən işə qayıdacağım anı gözləyirəm. Son üç mövsümdə böyük uğur əldə etmiş bir komanda tərəfindən belə etimad görmək böyük şərəfdir. Ümid edirəm ki, Mercedes AMG-nin növbəti illərdə daha güclü olması üçün öz töhfələrimi verə biləcəm”.

Toto Volff: “Ceymsi Mercedes-də salamlamağıma şadam və səmərəli işə ümid edirəm. Bizim texniki şöbə çox ixtisaslı əməkdaşlardan ibarətdir və ardıcıl üç il çempion olmağımızı təmin ediblər. Belə təcrübəli bir kollektivi öz yeni baxışları ilə daha da gücləndirəcək bir mütəxəssis tapmaq o qədər də asan deyildi. Ceyms texniki lider rolunu öz üzərinə götürə biləcək mahir mütəxəssis və yaxşı oğlandır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*