18 Oktyabr 2017, Çərşənbə - 22:29

Rəsmən: Aston Martin Red Bull-un titul sponsoru olacaq

Rəsmən: Aston Martin Red Bull-un titul sponsoru olacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:12 - 25 Sentyabr, 2017

Britaniya avtoistehsalçısı və Formula1 komandası təsdiq ediblər ki, 2018-ci ildə əməkdaşlığın yeni səviyyəsinə keçəcəklər.

Biz artıq xəbər vermişdik ki, Avstriya təmsilçisi yeni titul sponsor əldə etməklə gələn ildən Aston Martin Red Bull Racing adlanacaq. Red Bull komandasının rəsmi saytı xəbəri təsdiq edib.

F-1.az xatırladır ki, Aston Martin 2016-cı ildən innovasiyalar üzrə komandanın tərəfdaşıdır, onlar birlikdə Valkyrie hiperkarının inkişafı üzərində çalışırlar.

Komanda xəbər verib ki, Aston Martin-in loqotipləri indi maşınlarda və komandanın paltarlarında daha görkəmli yer tutacaq. Əməkdaşlığın möhkəmlənməsi çərçivəsində Red Bull-un Milton Kinsdəki bazasında yeni müştərək bölmə yaradılıb. Bu bölmədə növbəti superkarın yaradılması üzərində işləmək üçün 100 nəfər çalışacaq.

Kristian Horner: “Bizim Aston Martin-lə əməkdaşlığımız ilk gündən perspektivli layihə idi. 2016-cı ildə birlikdə Aston Martin Valkyrie layihəsini hazırlayıb reallaşdırdıqdan sonra bu il biz qarşılıqlı əməkdaşlığımızı genişləndirmək barədə düşündük. İndi isə əməkdaşlığımızın yeni mərhələsini elan etməyə şadıq. Gələn ildən komandamız dünya çempionatında Aston Martin Red Bull Racing adı altında çıxış edəcək.

Bundan başqa, Aston Martin-in yeni 100 əməkdaşı bizim Milton Kinsdəki bazamızda yaradılan yeni müştərək bölmədə çalışacaq…”

Aston Martin-in icraçı direktoru Əndi Palmer qeyd edib ki, onun başçılıq etdiyi şirkət Red Bull-la əməkdaşlıqdan yalnız gəlir əldə edib. O əlavə edib ki, istehsalçı 2021-ci ildən Formula1-ə mühərrik təchizatçısı kimi gəlmək üzərində də düşünür…

Əndi Palmer: “Titul sponsorluğu bizim Red Bull-la əməkdaşlığımızın növbəti məntiqi addımıdır. Biz brendimizin F1 vasitəsilə bütün dünyada tanınmasından çox razıyıq.

Güc qurğusunun istehsalına gəlincə, əlbəttə, əgər uyğun şərait olarsa, yəni texnoloji çətinlik aradan qaldırılarsa və məsrəflər azaldırlarsa, biz bu təchizatda maraqlıyıq…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 350
Teqlər , , , , ,
Paylaş

logo