Rəsmən: Antonio Covinatsi gələn il Sauber-də yarışacaq

Bir qədər əvvəl Sauber komandası təsdiq edib ki, keçən ilin əvvəlində komandada zədələnmiş sürücünü əvəz etmiş Antonio Covinatsi ilə birillik müqavilə imzalanıb.

F-1.az xatırlardır ki, iki həftə əvvəl İsveçrə təmsilçisi Kimi Rəykkönenlə ikiillik müqaviləni təsdiq etmişdi, ona görə də Sauber gələn mövsüm üçün sürücü heyətini tam elan etmiş 6-cı komanda olub.

Frederik Vassyör: “Biz 2019-cu il üçün tam heyətimizi elan etdiyimizə görə şadıq. İki həftə əvvəl biz Kimi Rəykkönenlə müqavilə imzaladıq – peletonda ən təcrübəli sürücü maşının və ümumən komandanın inkişafına kömək edəcək.

Bu gün isə biz Antonio Covinatsini komandada salamlayırıq – o, sükan arxasında gənc Şarl Lekleri əvəz edəcək. Biz keçən il onunla işləmişdik, onun potensialına bələdik.

Biz çox iddialıyıq və mübarizəyə köklənmişik. Bizim məqsədimiz dəyişməyib – inkişafımızı davam etdirməklə daha yüksək yerlər uğrunda mübarizə aparmaqdır.”

Antonio Covinatsi: “Mən Alfa Romeo Sauber komandasına qoşulmağıma şadam. Mən bu komandada çıxış etməyi arzulayırdım və arzum reallaşdığı üçün xoşbəxtəm.

Bir italiyalı kimi uğurlu və əfsanəvi Alfa Romeo brendini bizim idmanda təmsil etmək mənim üçün böyük şərəfdir. Buna görə də belə bir şans üçün Ferrari və Sauber komandalarına təşəkkür edirəm. Motivasiyam aşıb-daşır və işin başlamasını səbirsizliklə gözləyirəm…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*