21 Oktyabr 2017, Şənbə - 19:54

Reqlamentə dəyişikliklər qəbul olunub

Reqlamentə dəyişikliklər qəbul olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:30 - 28 Sentyabr, 2016

Dəyişikliklər bütünlüklə İdman Reqlamentinə aid olublar.

F-1.az bildirir ki, FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının bugünkü iclasında təqvimin ilkin versiyasının təsdiqindən əlavə Formula1-in İdman Reqlamentinə bəzi dəyişikliklər də təsdiq olunub.

6-cı və 8-ci Əlavələrin yeni redaksiyası təsdiq olunub, bu əlavələrdə komandaların kənar istehsalçılardan xüsusi siyahıya daxil edilməmiş komponentlərin alınması hüquqları, bir komandanın əməkdaşının digər komandaya keçməsi qaydaları əks olunub.

Bundan başqa, yağışlı havada yeni start proseduru da təsdiq olunub. Gələn ildən, əgər startın Təhlükəsizlik Maşını (SC) arxasında verilməsi elan olunarsa, trasda vəziyyət normallaşarsa, onda yerindən adi start veriləcək. Yeni start SC pit-leynə qayıtdıqdan sonra veriləcək.

Sürücü, əvvəlki kimi, mövsümün bütün yarışlarını trasda daha yaxşı seçilməsi üçün əvvəldən seçilmiş dizaynlı dəbilqə ilə keçirməlidir, amma mövsümün gedişində cəmi bir dəfə (sürücünün seçiminə görə)  dəbilqənin dizaynını dəyişə bilər, məsələn, ev yarışı ərəfəsində. Mövsümün gedişində sürücü komandasını dəyişərsə, yenə də dəbilqənin dizayn dəyişməsinə icazə verilir.

Əgər sürücü konkret bir mərhələnin gedişində güc qurğusunun normativdən əlavə bir neçə elementini dəyişdirərsə, onda növbəti mərhələrdə yalnız sonuncu elementdən istifadə etməyə icazə verilir. Mövsümün gedişində güc qurğusunun hər bir elementi 5 dəfə cəriməsiz dəyişdirilə bilər. Amma bəzi komandalar ötməyə imkan verən traslarda bir neçə dəfə dəyişmə etməklə yeni güc qurğusu toplayırdılar. Məsələn, sonuncu dəfə Lyuis Həmilton 6, 7 və 8-ci elementlərdən istifadə etməklə, ixtiyarında olan təzə elementlərin sayını artırmışdı. Gələn ildən bu cür etmək mümkün olmayacaq.

Gələn il mövsümün ilk 5 yarışında komandaların təkər seçimi adi qaydada olacaq, yəni bu yarışlara Pirelli hər bir sürücü üçün 2 dəst bərk, 4 dəst orta və 7 dəst yumşaq təkərlər seçəcək. Məsələ ondadır ki, bu yarışların reqlamentə görə təkər seçimi hələ mövsümöncəsi testlərdən əvvələ təsadüf edir. Testlərdən əvvəl komandaların görmədikləri təkərləri seçmək isə çox çətin olardı və təhlükəsizlik baxımından düzgün olmazdı. Bu qayda yalnız 2017-ci ildə qüvvədə olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 192
Teqlər , , ,
Paylaş

logo