Reqlamentdə daha bir vacib dəyişiklik

Formula1 komandaları çempionatın reqlamentində daha bir vacib dəyişiklik etmək qərarına gəliblər: 2010-cu ildə sıralanma turunun son hissəsinə keçmiş sürücülər son […]

Formula1 komandaları çempionatın reqlamentində daha bir vacib dəyişiklik etmək qərarına gəliblər: 2010-cu ildə sıralanma turunun son hissəsinə keçmiş sürücülər son cəhdlərində istifadə etdikləri təkər dəstində Qran Prinin startına çıxacaqlar.

Qarşıdakı mövsümdə yanacaqdoldurmanın ləğvi ilə əlaqədar olaraq komandalar yarışın ənənəvi taktikasını dəyişməli olacaqlar, son yenilik isə sıralanma turunda da taktiki gedişlərdən istifadəyə yol açır. Dəyişiklik hələ rəsmən təsdiq olunmayıb, amma Britaniyanın Autosport saytının verdiyi xəbərə görə, bu dəyişiklik keçən həftə idman işçi qrupunun (SWG) iclasında yekdilliklə dəstəklənib. Dəyişikliyin mənası belədir: sıralanma turunda on ən yaxşı nəticəni göstərmiş sürücülər sıralanma turundan sonra təkər dəstini dəyişə bilməyəcəklər və bazar günü yarışa sıralanma turunun son dövrəsinə çıxdıqları təkərlərlə başlayacaqlar.

Bu, komandalara müəyyən taktiki manevr imkanalrı verir: sürücü yaxşı start mövqeyini qurban verməklə, təkərlərini qoruyacaq və yarışın gedişində vəziyyəti dəyişməyə ümid edəcək. Digər tərəfdən, kimsə şənbə günü çalışıb, startda yaxşı yer qazanacaq, amma bazar günü üstünlüyünü itirməklə risk edəcək. Taktiki sxemlərin müxtəlifliyi yarışların baxımlılığını artıracaq.

Bu dəyişiklik Formula1 Komissiyası və FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası tərəfindən təsdiq olunmalıdır, amma çox güman ki, hər iki prosedur sadəcə formal xarakter daşıyacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*