17 Dekabr 2017, Bazar - 04:28

Rəqibləri Fettelə inanırlar

Rəqibləri Fettelə inanırlar

Müəllif: Rauf Hacıyev, redaktor

06:08 - 05 Oktyabr, 2017

Red Bull komandasından Helmut Marko və Mercedes komandasından Toto Volffla Niki Lauda bildiriblər ki, Fettel sona qədər təslim olmayacaq.

F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümün bitməsinə 5 yarış qalmış əsas rəqibi Həmiltondan 34 xal geridə qalır.

Helmut Marko: “Sebastyan heç vaxt təslim olmaz. Onun əsas üstünlüyü bu cəhətidir”.

Toto Volff: “Etibarlılıq problemləri ilə daha əvvəl qarşılaşdığım üçün onları yaxşı başa düşürəm. Biz də bu cür hallar yaşadıq. 2014-cü ildə Lyuisin mühərriyi yandığı yarışı xarırladım, ya da keçən il Malayziyada inamla liderlik edərkən mühərriyi partlamışdı. Fanlar çempionluq uğrunda mübarizə görmək istəyirlər. Ancaq bu avtoidmandır və uğurlu olmaq üçün hər şeyi doğru etməlisiniz”.

Niki Lauda: “Sebastyan güclü Dünya Çempionudur və əsla təslim olmayacaq. Son yarışa qədər mübarizə aparacaq. Hazırda üstün olsaq belə, hər şey ola bilər. Buna görə də son yarışa qədər əlimizdən gələni etməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 684
Teqlər , , , , ,
Paylaş

logo