Paddokda inadlı şayiələr gəzir ki, bugünkü yarışın finişindən sonra komandalardan biri RB8-in altlığının konstruksiyasından rəsmi şikayət edə bilər – komanda texniki reqlamentin pozulmasında şübhəli bilinir.
Söhbət altlıq müstəvisi üzərində düz arxa təkərlərin qarşısındakı dəliklərdən gedir, amma Red Bull-un nümayəndələri əmindirlər ki, maşının konstruksiyasında heç bir qanunpozuntusu yoxdur, həm də eyni konstruksiya əvəvlki yarışlarda da tətbiq olunub.
Əgər rəsmi iddia qaldırılarsa, onda Monako Qran Prisinin stüardları FİA-nın texniki xidmətləri ilə birlikdə vəziyyəti təhlil edəcəklər…