22 Noyabr 2017, Çərşənbə - 12:58

Repsol Honda 2016-cı il motosikletlərini təqdim edib

Repsol Honda 2016-cı il motosikletlərini təqdim edib

Müəllif: Rauf Hacıyev, redaktor

11:06 - 15 Fevral, 2016

Repsol şirkətinin sponsorluq etdiyi Honda-nın zavod komandası 2016-cı ildə yarışacaqları motosikleti təqdim edib…

F-1.az xəbər verir ki, Honda yeni RC213V model motosikletlərini İndoneziyanın Sentul trasında təqdim edib.

Beləliklə, Honda komandası 2012-ci ildə təqdim etdiyi RC213V modelindən əl çəkməyib. Yaponlar 3 dəfə mühəndislər çempionluğu qazandıqları motosikleti təkmilləşdirərək, yeni mövsümə başlayacaqlar.

Xatırladaq ki, Honda birinci qış testlərində yeni elektronik sistemlərə görə problemlər yaşayıb və buna görə də Yamaha-dan 1 saniyə geri qalıblar.

Qeyd edək ki, 2016-cı ildə Repsol Honda sürücüləri Mark Markes və Dani Pedrosadan başqa LCR Honda sürücüsü Kal Kratçlou və Marc DVS sürücüləri Miller və Rabat da RC213V modeli ilə yarışacaqlar…

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm MotoGP
Mənbə
Baxış Sayı 346
Teqlər , , , , ,
Paylaş

logo