18 Noyabr 2017, Şənbə - 00:54

Renault yeni bolidində gecikmələr yaşayıbmış

Renault yeni bolidində gecikmələr yaşayıbmış

Müəllif: Rauf Hacıyev, redaktor

08:23 - 17 Fevral, 2016

Renault komandasının texniki direktoru Nik Çester bildirib ki, Renault-nun Lotus komandasını satınalma prosesi gecikib və bu Renault komandasını bir az pis vəziyyətdə qoyub…

F-1.az xatırladır ki, Renault idmana qayıtmağa qərar verdikdən sonra Lotus komandasını almaq istəyirdi və britaniyalılarla danışıqlara başlamışdı. Amma danışıqlar uzun çəkdi və rəsmi imza bir neçə aydan sonra atıldı.

Fransızlar bu səbəbə görə bolid üzərində işləməyə də gec başlayıblar və Mercedes mühərrikli Lotus bolidini Renault mühərriklərinə görə dizayn etməkdə çətinlik çəkiblər.

Komandanın texniki direktoru Nik Çester bu barədə danışıb: “Bu bizim üçün böyük mübarizə oldu. Yeni güc qurğusunu quraşdırmaqda çətinlik çəkdik. Biz keçən ilin sonuna qədər nələr olacağını bilmirdik.

Şassinin orta hissəsini və soyutma sistemini bir ay ərzində dəyişdirməli olduq.

Biz istəyərdik ki, hər şeyi vaxtında bitirək, amma bunun üçün lazımi vaxtımız yox idi”.

Çester əmindir ki, mövsümöncəsi testlərin ilk gününə qədər problemləri həll edəcəklər: “Uşaqlar yaxşı işlədi və testlərdə iştirak etmək üçün artıq yola çıxmışıq. Bu heç də asan olmadı , amma bacarmaq mümkün idi.

Bizim çox az vaxtımız var idi və işlərimiz yaxşı getməmişdi. Mübarizə aparmağa davam edəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 276
Teqlər , ,
Paylaş

logo