20 Noyabr 2017, Bazar ertəsi - 07:42

Renault yay tətilinə qədər 6-cı olmaq istəyir

Renault yay tətilinə qədər 6-cı olmaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

20:10 - 04 İyun, 2017

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, yay tətilinə qədər Mühəndislər Kubokunda 6-cı yerə yüksəlmək istəyirlər.

F-1.az xatırladır ki, Renault komandası keşən il Formula1-ə qayıtmış və 8 xalla 9-cu yeri tutmuşdu. Lakin fransızlar bu mövsümə yaxşı başlayıblar və 6 yarışda 14 xal toplayaraq, 7-ci yerdə qərarlaşıblar. Sarı-qaralar hazırda 5-ci pillədəki Toro Rosso komandasından 15 xal geridə qalırlar.

Siril Abitebul: “Kanada uğurlu olduğumuz traslardandır. Monakodakı problemləri təhlil edərək, Monreala daha yaxşı formada gedəcəyik. Yay tətilinə qədər Mühəndislər Çempionatında 6-cı yerə yüksəlmək istəyirik. Hazırda komandalar bir-birilərinə çox yaxındırlar və bu real hədəfdir.

Williams, Toro Rosso və Force İndia bizdən bir az öndədirlər, lakin fərqi bağlamaq mümkünsüz deyil. Əlimizdən gələni edərək, bacardığımız qədər çox xal alacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 9. 442
Teqlər ,
Paylaş

logo