Renault testlərdən narazı ayrılıb

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, testlərdə istədikləri kimi işləyə bilməyiblər.

F-1.az xatırladır ki, fransız təmsilçisi testlərin ilk 4 günündə cəmi 273 dövrə vura bilib.

Siril Abitebul: “Bu həftə R.S.18-i ilk dəfə trasda gördük. Amma yağışlı və soyuq hava üzündən istədiyimiz kimi işləyə bilmədik. Testlərin ilk və son günlərini yaxşı dəyərləndirdik. Digər iki gündə isə qar və yağışa görə istədiyimizi edə bilmədik. Bolidi anlamaq üçün tezdir. Niko və Karlos az vaxta baxmayaraq yaxşı geribildirim verdilər. Enstoundakı bütün işçilər bu məlumatlar üzərində işləyəcəklər. Gələn həftəyə hədəfimiz daha çox məsafə qət etməkdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*