11 Dekabr 2017, Bazar ertəsi - 13:09

Renault şirkəti Red Bull-la müqaviləni uzatmaq istəmir

Renault şirkəti Red Bull-la müqaviləni uzatmaq istəmir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:08 - 22 Sentyabr, 2017

Keçən həftə Renault və Honda motorçularının müştərilərini dəyişməsi prosesi reallaşmışdı.

F-1.az xatırladır ki, Sinqapurda McLaren və Toro Rosso komandaları cari motor təchizatçılarını gələn ildən dəyişmələrini açıqlamışdılar: Uokinqdə Honda-dan imtina etməklə, Renault motorlarına keçmişdilər, Fayentsadan olan komanda isə fransızlarla müqaviləni pozaraq, yaponlarla yoluna davam etmək qərarına gəlmişdi. Bu gün Fransada dərc olunan Auto Hebdo jurnalı yazıb ki, McLaren komandası mövsümün əvvəlindən Renault motorları ilə maraqlanırmış.

Siril Abitebul: “Bizə güclü təzyiq var idi, amma bizim zavod komandasından başqa əlavə 3 müştəri komandanı güc qurğusu ilə təmin etmək gücümüz yoxdur. McLaren komandasının bizim müştəri siyahısına daxil olması üçün müəyyən hadisə baş verməliydi.

Bu hadisə Helmut Markonun mənə yaxınlaşması ilə baş verdi. Helmut mənə dedi ki, onlar Honda ilə tərəfdaşlıqda maraqlıdırlar və McLaren komandası yaponlarla əməkdaşlığı dayandırdıqdan sonra bu tərəfdaşlığın imkanlarını dəyərləndirəcəklər. Bizim çox ciddi müqaviləmiz var idi və Renault heç bir vaxt müqaviləni vaxtından əvvəl dayandırmaq təşəbbüskarı olmayıb. Amma bu dəfə təklif Red Bull-dan gəldi.

Əslində bizim şirkət çox sərfəli yeni müqavilə qazandı. Bəli, yeni müqavilə bizim ümumi maraqlara cavab verir, amma hər şeydən əvvəl biz Renault olaraq zirvəyə qayıtmağı planlaşdırırıq”.

Müsahibənin sonunda Siril işarə edib ki, McLaren-lə müqavilə bağladıqdan sonra gələcəkdə Red Bull-la bütün işgüzar münasibətlərə son qoyulacaq…

Siril Abitebul: “Renault-nun Red Bull-la nə vaxtsa ayrılması zərurətdir, hərçənd, hazırda yalnız bir şeyi deyə bilərəm: bizim bu komanda ilə 2018-ci il üçün müqaviləmiz var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 880
Teqlər , , , , , ,
Paylaş

logo