24 Sentyabr 2017, Bazar - 08:52

Renault Saynsa elçi düşüb

Renault Saynsa elçi düşüb

Müəllif: Rauf Hacıyev, redaktor

11:09 - 29 İyun, 2017

Keçən il Saynsı transfer etmək istəyən, lakin Hornerin etirazı ilə üzləşən Renault komandası yenə də ispaniyalı sürücüyə elçi düşüb.

F-1.az xatırladır ki, 23 yaşlı sürücünün adı son zamanlarda McLaren-lə də hallanır.

Siril Abitebul: “Düzünü desəm, Karlosu hələ də transfer etmək istəyirik. Bilirik ki, Red Bull komandası ilə çoxillik müqaviləsi var, amma onlarla çox sayda danışıqlara girmişik. Nələr olacağını bilmirik, amma Karlosu transfer etmək əla olardı. Red Bull-dan xəlvət iş görmədiyimjz üçün bu barədə raharlıqla danışırıq. Sayns çox istedadlı sürücüdür və Red Bull-un komandada saxlamaq istəyini anlayırıq. Əgər onlarla razılaşa bilsək, çox güclü sürücü heyətimiz ola bilər. Sayns bizə hədəflərimizə çatmaqda kömək edə bilər. Ümid edirəm ki, danışıqlar müsbət nəticələnər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 71
Teqlər , , ,
Paylaş

logo