20 Noyabr 2017, Bazar ertəsi - 06:13

Renault Red Bull-la müqaviləni uzada bilər

Renault Red Bull-la müqaviləni uzada bilər

Müəllif: Rauf Hacıyev, redaktor

08:31 - 05 Fevral, 2016

Renault komandasının rəhbəri Siril Abitebul bildirib ki, onlar gələcəkdə də Red Bull komandasını mühərriklə təmin edə bilərlər…

F-1.az xatırladır ki, Red Bull komandası Renault ilə 2009-cu ildən əməkdaşlığa başlayıb və bir yerdə 4 dəfə Dünya çempionluğu, 2 dəfə də vitse-çempionluq qazanıblar.

Amma keçən il Red Bull-la Renault arasında münasibətlər son həddə çatmışdı. Buna baxmayaraq, Renault yenə də Red Bull-u mühərriklə təmin edib. Red Bull bu il TAG Heuer brendli Renault mühərriklərindən istifadə edəcək.

Siril Abitebul Red Bulla əməkdaşlığın uzadıla biləcəyini deyib: “Hazırkı müqavilə bir ilə nəzərdə tutulub, amma uzadıla bilər. Biz həmişə demişik ki, əgər strategiya cəhətdən bizə xeyir olsa, istənilən komandanı mühərriklə təmin edə bilərik. Bu il Red Bull-a mühərrik vermək bizə strategiya cəhətdən xeyir gətirir və gələn il də vəziyyət dəyişməsə, niyə olmasın?

Əgər texnologiya cəhətdən güclü olsaq, başqa komandalar da bizimlə maraqlanacaqlar. V8 mühərriklərində olduğu kimi.

O vaxtı hamı Renault mühərrikini istəyirdi, amma indi vəziyyət fərqlidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 328
Teqlər , , ,
Paylaş

logo