20 May 2018, Bazar - 15:47

Renault qəddarlıq edəcək

Renault qəddarlıq edəcək

Müəllif: Rauf Hacıyev, redaktor

08:53 - 16 Yanvar, 2018

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, bu il əsas hədəfləri etibarlılığı təkmilləşdirməkdir və keyfiyyət bölməsində detallarla qəddarcasına davranacaqlar.

F-1.az xatırladır ki, Renault mühərrikləri keçən il Honda-dan sonra ən etibarsız mühərrik olmuşdu.

Siril Abitebul: “Bu il dizaynda dəyişiklik olacaq. Performansı yaxşılaşdırmaq üçün əksər detalları dəyişdiririk. Bundan başqa keyfiyyət üzərində də gərgin işləyirik və yeni detallarla qəddarcasına davranırıq. Dəzgahda gördüyümüz iş özünü trasda əks etdirməlidir. Qış testlərinə qədər yaxşı məhsul hazırlayacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 87
Teqlər ,
Paylaş

logo