20 Oktyabr 2017, Cümə - 20:07

Renault-nun yeni bolidinin şəkilləri peyda olub!

Renault-nun yeni bolidinin şəkilləri peyda olub!

Müəllif: Elçin Zodorov, redaktor

07:34 - 19 Yanvar, 2016

F1 Racing nəşrinin son buraxılışında Renault-nun yeni bolidinə aid olduğu iddia edilən şəkillər dərc olunub. Şəkillərdə bolidin 2010-cu ildə olduğu kimi, sarı və qara rənglərdə olacağı görünür.

F-1.az xəbər verir ki, dərc olunmuş şəkillərdə bolidin üzərində 13 rəqəmi var ki, bu, komandadakı yerini itirəcəyi danışılan Pastor Maldonadonun sürücü nömrəsidir. Həmçinin, onun sponsoru PDVSA şirkətinin loqotipinin əks olunması da diqqəti cəlb edir.

Şəklin altında Alan Permeynə aid olan bu sözlərə yer verilib: “Sirr deyil ki, 2016-cı ilin bolidi ilkin olaraq Mercedes mühərriki üçün dizayn edilib, amma indi o, Renault mühərrikinə sahib olacaq”.

F-1.az

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 339
Teqlər , , , , ,
Paylaş

logo