15 Avqust 2018, Çərşənbə - 20:37

Renault-nun rəngi dəyişəcək?

Renault-nun rəngi dəyişəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

20:55 - 08 Mart, 2016

Renault komandası 2016-cı il mövsümündə istifadə edəcəyi rəng çalarlarını Avstraliya QP-də təqdim edəcək…

F-1.az xatırladır ki, Renault komandası fevralın 3-də yeni bolidini təqdim edərkən bildirmişdi ki, rəng çalarlarında dəyişiklik olacaq.

Barselonada keçirilən mövsümöncəsi qış testlərində boliddə qara rəng üstünlük təşkil edirdi. Boliddə yazılar ağ rəngdə idi və bir az da sarı rəngdən istifadə edilmişdi.

Bəzi məlumatlara görə, komandanın rəng çalarları gələn həftənin çərşənbə günü bilinəcək. Deyilənlərə görə,  bolidin rəngi qızılı, ön və arxa qanadları isə qara rəngdə olacaq.

Boliddə mat boyadan istifadə ediləcək. Bu da bolidin çəkisini yarım kiloqram azaldır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 213
Teqlər ,
Paylaş

ucuz paykasa paykasa bozdurma
logo