Renault-nun apelyasiyasının vaxtı təyin olunub

FİA Beynəlxalq Apelyasiya Məhkəməsinin tarixini təyin edib: Renault-nun Macarıstan Qran Prisinin stüardlarının qəbul etdikləri qərara qarşı qaldırdığı iddia avqustun 17-də […]

FİA Beynəlxalq Apelyasiya Məhkəməsinin tarixini təyin edib: Renault-nun Macarıstan Qran Prisinin stüardlarının qəbul etdikləri qərara qarşı qaldırdığı iddia avqustun 17-də nəzərdən keçiriləcək. Parisdə baş tutacaq məhkəmə səhər saat 10-da başlayacq, məhkəmənin qərarı isə səhərisi gün elan olunacaq.

Xatırladaq ki, Renault təhlükəsizlik texnikası qaydaların pozulmasına görə cərimə olunub: Fernando Alonsonun pit-stopu zamanı qabaq sağ təkər tam bərkidilməyibmiş, komanda bunu bilsə də, maşının trasa çıxmasına mane olmayıb. Bundan sonra isə məlum olub ki, Renault problemi Alonsoya xəbər verməyib və onu yenidən boksa çağırmayıb. Nəticədə təkər maşından qopub ayrılıb.

Əgər Məhkəmə Renault-nun iddiasını təmin edərsə, onda komanda avqustun 23-də Valensiyada starta çıxa biləcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*