Renault-nu şərti cəzalandırdılar…

Parisdə FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının növbədənkənar iclası başa çatıb, iclasda Renault komandasının taleyi müzakirə olunub. Komandanın nümayəndələri etiraf ediblər […]

Parisdə FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının növbədənkənar iclası başa çatıb, iclasda Renault komandasının taleyi müzakirə olunub. Komandanın nümayəndələri etiraf ediblər ki, daxili araşdırma müəyyən edib ki, Flavio Briatore, Pət Simonds və Nelsinyo Pike əlbir olaraq Sinqapur Qran Prisində qəza törətmək planını tərtib ediblər. Komandanın digər üzvləri bu plandan bixəbər olublar.

Müzakirə zanabı Briatore, Simonds və Pike günahkar hesab olunublar, komanda isə əməkdaşlarının hərəkətlərinə görə məsuliyyət daşımalıdır. Ümumdünya Şurası qərar qəbul edib ki, Renault komandası 2011-ci ilin sonuna qədər şərti diskvalifikasiya olunsun. Diskvalifikasiya bu müddət ərzində komandanın təkrar əməlinə görə qüvvəyə minəcək. Bundan başqa komanda FİA-nın bütün məhkəmə xərclərini ödəməli olacaq.

FİA həmçinin qərara alıb ki, Flavio Briatore ömürlük bütün yarış seriyalarında hər cür iştirakdan uzaqlaşdırılsın. Pət Simonds isə eyni cəzaya beşillik müddətə məhkum olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*