Renault müştərisi Red Bull-a qəzəblənib

Renault şirkəti mühərriyə görə Red Bull komandasını tələsdirməyə davam edir.

F-1.az bildirir ki, “qırmızı öküzlər” Monakoda gələn il istifadə edəcəyi mühərriklə bağlı Renault-ya məlumat verməli idi. Amma Red Bull komandası fransızlardan daha iki həftə vaxt istəyib.

Siril Abitebul: “Red Bull məsuliyyətli davranmalıdır. Əllərində bütün məlumatlar olduğu halda niyə belə gecikdirirlər bilmirəm. Kanadaya qədər gözləmək istəyirlər, amma yarışdan sonra yenə də əllərində heç nə olmayacaq. Honda-nı məmnun edib Renault-nu gözlədirlər. Amma sona qədər gözləməyəcəyik. Bir gün bu bağlantı qopacaq. Ya bu il, ya gələn il, ya da başqa vaxt. Red Bull bu müddətdə bizə kömək edə bilər. Mercedes və Ferrari əsas rəqibləri Red Bull-a mühərrik verən deyil. Buna görə Renault da bir gün onlarla tərəfdaşlığı kəsə bilər. Vaxtı gələndə onlara gülə-gülə deyəcəyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*