Renault mühərrikləri eyni gücdə olacaq?

Renault Motorsport-un rəhbəri Siril Abitebul bildirib ki, onlar bu mövsüm Toro Rosso və Red Bull-a öz istifadə etdikləri mühərriklərdən verəcəklər.

F-1.az xatırladır ki, Red Bull 2016-cı ildən etibarən TAG Heuer brendli Renault mühərriklərindən istifadə edirdi. Toro Rosso komandası isə birillik fasilədən sonra Renault mühərriyinə qayıdıb.

Siril Abitebul: “Renault builki mühərriyi BP və Castrol-a uyğun olaraq hazırlayıb. Amma bu mühərriklərin Exxon Mobil üçün də əlverişli olacağına əminik. Düşünürük ki, güclə bağlı heç bir problem yaşamayacaqlar.

Rahatlıqla deyə bilərəm ki, hər üç komandaya da eyni mühərrik veriləcək.

Builki mühərriklərimiz 900-950 at gücündə olacaq. Bəzi komandalar 1000 at gücünə çatmaq istəyirlər, amma bu real deyil. Ümid edirəm ki, yeni mövsümdə digərləri ilə mübarizə apara bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*