16 Dekabr 2017, Şənbə - 20:59

Renault Maqnussendən 2 həftə gözləməsini istəyib

Renault Maqnussendən 2 həftə gözləməsini istəyib

Müəllif: Mir Cəlal Mir Cəlallı, müəllif

14:09 - 05 Oktyabr, 2016

F-1.az xəbər verir ki, Renault komandası Kevin Maqnussenin müqaviləsi haqqında qərar vermək üçün bir neçə həftə istəyib.

Kevin Maqnussen oktyabr ayının əvvəlində bitən müqaviləsi haqqında qərar vermək üçün Renault-nun bir az vaxt istədiyini açıqlayıb. Gələn il komandada yarışacaq pilotların adları bəlli olmasa da, böyük ehtimalla komanda pilotlar haqqında açıqlamanı oktyabr ayının ortalarında edəcək. Komanda hazırda Maqnussen və Palmerin də daxil olduğu böyük bir siyahı arasında qərar verməyə çalışır.

Serxio Peres Force İndia ilə olan müqaviləsini yeniləməzdən əvvəl onun da Renault-ya keçəcəyi gözlənilirdi. Hazırda isə Peres variantı ortadan qalxıb. Bu il debüt etmiş Esteban Okonun da Renault-da yarışa biləcəyi haqqında söz-söhbətlər var.

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 118
Teqlər , ,
Paylaş

logo