Renault küçə şousu qəza ilə başa çatıb

Bu həftə Renault F1 komandası Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərlərindən biri Dubayda genişmiqyaslı avtoyarış şousu keçirir, amma bugünkü şou […]

Bu həftə Renault F1 komandası Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərlərindən biri Dubayda genişmiqyaslı avtoyarış şousu keçirir, amma bugünkü şou proqramını xoşagəlməz insident üzündən yarımçıq saxlamalı olublar.

Avtoralli üzrə Yaxşı Şərq çempionatın bir neçə dəfə çempionu olmuş Ben Sulayem Renault-nun test pilotu Roman Qrojanla birlikdə dreqster yarışı rejimində nümunəvi çıxış göstərməli idilər. Özü də ralli sürücüsü keçənilki Renault R28-in sükanı arxasına, gənc fransalı sürücü isə Ford GT idman maşının sükanı arxasına oturmalı olublar. Lakin yürüşün start anında Sulayem maşına nəzarəti itirib, maşının arxa təkərləri yerində həddən çox fırlanıblar: R28 gözlənilmədən sağa sıçrayıb və baryerə çırpılıb, sonradan isə az qalıbki, Ford GT ilə toqquşsun. Nəticədə Formula1 maşınının ön hissəsi ciddi zədələnib.

Britaniyanın Autosport qəzetinin məlumatına görə, qəzadan sonra Ben Sulayem bir neçə dəqiqə kokpitdə qalıb, sonra isə özünü yetirmiş marşallar onu maşından çıxarıblar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*