17 Dekabr 2017, Bazar - 09:57

Renault komandasına 85 yeni işçi qatılıb

Renault komandasına 85 yeni işçi qatılıb

Müəllif: Mir Cəlal Mir Cəlallı, müəllif

16:17 - 20 Oktyabr, 2016

F-1.az xəbər verir ki, Frederik Vassyör Renault-ya mövsümün əvvəlindən etibarən 85 yeni işçinin qoşulduğunu deyib.

Renault keçən ilin sonunda Lotus komandasını alaraq Formula1-ə zavod komandası kimi qayıdıb. Renault o gündən etibarən komandaya yeni əməkdaşlar cəlb edir.

Frederik Vassyör: “Mövsümün əvvəlindən indiyə kimi 85 yeni əməkdaş komandamıza qoşulub. Bazamız böyüməyə davam edir. Belə idman növündə “sabah gedib 100 işçi yığaq” deyə bilməzsiniz. Bir həftədə 400 işçidən 800 işçiyə yüksələ bilməzsiniz. Bunu pillə-pillə etməliyik. Komandanı gücləndirmək məcburiyyətindəyik. Ad verməyəcəm, ancaq komanda güclənəcək. Komandaya həm yuxarı, həm də aşağı mövqələrə yeni işçilər götürəcəyik. İşə götürəcəyimiz yeni əməkdaşlar bir neçə ay içində layihəyə qoşulacaqlar. İşimizi bir neçə həftə içində görəcəksiniz”.

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 118
Teqlər ,
Paylaş

logo