24 Oktyabr 2017, Çərşənbə axşamı - 15:21

Renault komandası yeni maşınını təqdim edib

Renault komandası yeni maşınını təqdim edib

Müəllif: Rauf Hacıyev, redaktor

20:16 - 03 Fevral, 2016

Renault komandası 2016-cı il mövsümü üçün hazırladığı RS16 bolidini təqdim edib…

F-1.az xəbər verir ki, Renault komandası bu gün Fransanın Paris şəhərində mətbuat konfransı keçirib və 2016-cı il mövsümü üçün hazırladıqları bolidi təqdim edib. Beləliklə, Fransa təmsilçisi 2016-cı il bolidini təqdim edən ilk komanda olub.

Komanda bu konfransda rəhbərliyini də təqdim edib. Renault komandasının başçısı Siril Abitebul olacaq. Frederik Vassyör yarış direktoru, Bob Bell isə komandanın texniki direktoru olacaq.

Mətbuat konfransında Renault-un yeni pilotları olan Kevin Maqnussen və Colion Palmer də təqdim olunublar. Renault komandası həm də ehtiyat sürücülərini də təqdim edib. Bu, GP3 üzrə Dünya Çempionu titulunu qazanmış Esteban Okondur. Esteban Okonun 20 yaşı var. Fransalı sürücü 2014-cü ildə FIA European F3 seriyasında, 2015-ci ildə isə GP3 seriyasında Dünya Çempionu titullarını qazanıb. Karmen Xorda isə gələn il də komandada qalacaq. O Renault-nun təkmilləşdirmə üzrə pilotu olacaq…

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 487
Teqlər , , , , , , ,
Paylaş

logo