Renault inkişafa davam edəcək

Renault komandasının texniki direktoru Nik Çester bildirib ki, orta qrupdakı sıx mübarizəyə görə 2018-ci il bolidinin inkişafına davam edəcəklər.

F-1.az xatırladır ki, Renault bu mövsüm güclü inkişaf edib və orta qrupun lideridir.

Nik Çester: “Gələn ilin bolidinə fokuslanmaq çətin məsələdir. İnkişaf etməliyik. Tətildən sonra yeniliklərimiz olacaq. Bəlkə, 15-ci ya 16-cı yarışda sınaya bilərik. Amma ilin sonuna qədər növbəti yeniliklər olacaq. Bütün komandalar bir-birinə çox yaxındır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*