11 Dekabr 2017, Bazar ertəsi - 17:11

Renault etibarlılıq problemlərinə fokuslanacaq

Renault etibarlılıq problemlərinə fokuslanacaq

Müəllif: Rauf Hacıyev, redaktor

11:10 - 04 İyul, 2017

Renault komandasının baş motorçusu Remi Taffen bildirib ki, komanda etibarlılıq problemlərinin üzərində işləməlidir.

F-1.az xatırladır ki, Palmer Bakıda mühərrik problemlərinə görə yaxşı nəticə göstərə bilmədiyi halda, Red Bull komandaısnın sürücüsü Maks Fertsappen Kanada yarışından sonra Azərbaycanda da, mühərrik probleminə görə mübarizəni vaxtından əvvəl dayandırmışdı.

Remi Taffen: “Mühərrikdəki detalların etibarlı olması üçün lazım olsa, yeni istehsalçılarla danışmalıyıq. Keçmiş yarışlarda vacib xallar itirdik. Buna görə mövsümün sonunda böyük pullar itirə bilərik. Bundan başqa müştəri komandalarımızın mühərrik problemi yaşaması heç də yaxşı hal deyil. Digər komandaları da yarı yolda qoymamalıyıq. Bu problemlərin təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik. Bakıda sürət cəhətdən daha güclü idik və kiçik yeniliklərlə daha güclü olmağa çalışacağıq. Mühərrikdə böyük yeniliklər olmayacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 009
Teqlər , , , ,
Paylaş

logo