21 Oktyabr 2017, Şənbə - 19:55

Renault-da kadr dəyişikliyi

Renault-da kadr dəyişikliyi

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:08 - 15 Dekabr, 2016

Komanda strukturunun qarşıdakı mövsümə hazırlıq mərhələsində yenidən qurulması çərçivəsində Renault komandasında kadr dəyişikliyi baş verib – Rob Uayt və Keron Pilbim yeni vəzifə alıblar.

F-1.az bildirir ki, müasir Formula1-in ən yaxşı yarış mühəndislərindən biri Keron Pilbim McLaren komandasından Enstouna qayıdır – vaxtılə BAR, Red Bull və Lotus komandalarında çalışmış britaniyalı mütəxəssis Uokinqdə də eyni vəzifəni icra edirdi.

Renault motorçularının texniki direktoru Rob Uayt isə komandanın əməliyyat direktoru təyin olunub. Amerikanın məşhur Cosworth yarış motorları departamentində karyerasına başlayan britaniyalı mühəndis 2011-ci ildən Renault-da çalışır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 684
Teqlər , , , ,
Paylaş

logo