19 Noyabr 2018, Bazar ertəsi - 05:10

Renault cəzalar barədə düşünür

Renault cəzalar barədə düşünür

Müəllif: Rauf Hacıyev, redaktor

19:12 - 28 Fevral, 2018

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, yeni bolidin performansını yüksək tutmaq üçün startda yer itirmək barədə düşünürlər.

F-1.az xatırladır ki, bu il hər sürücü cəmi 3 mühərrikdən istifadə edəcək. Bu da o deməkdir ki, 21 yarışlıq təqvimdə 1 mühərrikdən 7 yarış istifadə edilməlidir. Belə olan halda isə mühərriyin performansı azalır.

Siril Abitebul: “Bu vəziyyət barədə çox söz demək istəmirəm, çünki hələ təzə başlamışıq. Lakin bilirdik ki, bu qaydalar gələcək və mövsümü yaxşı yerdə bitirmək üçün açıqfikirli davranacağıq. Bircə onu demək istəyirəm ki, etibarlılıq probleminə görə mühərriyin potensialını azaltmaq istəmirik. Bundan başqa startda yer itirməklə bağlı cəzalara da baxırıq. Bu hal əvvəlki kimi bizi incitmir. Cəzaların taktika cəhətdən bizə üstünlük qazandırıb-qazandırmayacağına görə qərar verəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 151
Teqlər ,
Paylaş

logo