21 Noyabr 2018, Çərşənbə - 22:13

Renault bolidin əsl versiyasını təqdim etməyib

Renault bolidin əsl versiyasını təqdim etməyib

Müəllif: Rauf Hacıyev, redaktor

13:13 - 24 Fevral, 2018

Renault komandası hələ də 2018-ci il bolidini tam göstərməyib.

F-1.az xəbər verir ki, “sarılar” R.S.18-in əsl versiyasını testlərdə göstərəcəklər.

Siril Abitebul: “Düzünü desəm, sosial mediada göstərdiyimiz şəkil rəng çalarlarının təqdimatı idi. Amma forumlarda insanların bunu müzakirə etdiyini gördüm. Sakit olun, uşaqlar. Təkər bazasını hesablamayın. Çünki heç nə görünmür. Əksər komandalar kimi biz də son yarışa qədər inkişaf edəcəyik. Buna görə də gördüyünüz bolid real deyil. Melburnda daha çox yenilik gələcək. Bundan başqa “kapotun altında” çox şey var. Asılqanlar, ötürmələr qutusu, motorun montaj forması, soyutma sistemi və s. Keçən ilə nisbətən böyük addım oldu. Təbii ki, bunlar görünmür”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 156
Teqlər , ,
Paylaş

logo