Renault Avstraliyaya yeni mühərriklə gəlir

Renault komandası Avstraliya yarışına yenilənmiş mühərriklə gələcək...

F-1.az Renault-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, Avstraliyaya gətirdikləri mühərriklər testlərdəki mühərriklərə nisbətən dözümlü və güclü olacaqlar.

Fransızlar bildiriblər ki, onlar testlərdə 0.5 saniyə sürətləniblər. Avstraliyaya gətirəcəkləri yeniliklər isə mühərriyi bir az da sürətləndirəcək.

Renault komandasının rəhbəri Siril Abitebul bu mövzu barədə danışıb: “Mühərriyimiz daha güclü və dözümlü olsun deyə, bəzi yeniliklər əlavə elədik. Həftəsonu yaxşı çıxış etməyimiz üçün dua edin”.

Renault mühərrikləri keçən ilin əvvəlində çox etibarsız idilər. Abitebul həmin anı gülərək xatırlayır: “Hazırda gülürəm, çünki keçən il Melburna gələn kimi əl telefonumu açdım və gördüm ki, Kristian Horner mənə mesaj yazıb və deyir ki, 46 kilometrdən sonra mühərrik partladı.

Biz bu cür halları yenidən yaşamaq istəmirik. Ona görə də bu həftəsonu əsas hədəfimiz dözümlülüyü artırmaqdır.

Biz keçən il həm detal, həm də proqramlaşdırma ilə bağlı problemlər yaşadıq. Ona görə də mühərriyə istədiyimiz kimi yeniliklər əlavə edə bilmədik, amma bu il performansımızı artıra biləcəyik. Yəni ki, daha güclü və daha dözümlü olacayıq”.

Renault-nun texniki direktoru Bob Bell bildirib ki, Melburndakı bolid testlərdəki ilə eyni olacaq, amma təkmilləşdirmə yerləri olacaq: “Şassilər oxşar olacaq. Hər iki testdə istifadə etdiyimiz şassini Melburna gətirmişik. Bura bəzi təkmilləşdirilmiş detallarla gəlmişik.

Bəlkə yeni bir ön antiqanad gətirə bilərdik, amma biz istədik ki, onu tam hazır olanda gətirək.

Biz tələsmirik. İlk yarışda istifadə etdiyimiz bolid testlərdəkilərlə oxşar olacaq”.

Fransızların gənc sürücüsü Colion Palmer bu həftəsonu Formula1-də ilk yarışına çıxacaq. Palmer bildirib ki, komandanın necə inkişaf edəcəyini bilir və əlavə edib ki, onların inkişaf edə bilməsi üçün yetəri qədər qaynaqları var: “Az şey dəyişib, amma çoxlu yeniliklər gələcək. Şassi testdəki ilə eynidir, amma biz bilirik ki, hansı yöndə inkişaf etmək lazımdır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*