24 Yanvar 2018, Çərşənbə - 11:59

Renault Alonsoya mane olmayacaq

Renault Alonsoya mane olmayacaq

Müəllif: Rauf Hacıyev, redaktor

08:12 - 20 Dekabr, 2017

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, Renault Fernando Alonsonun 24 saatlıq Le Man marafonunda yarışmasına mane törətməyəcək.

F-1.az xatırladır ki, McLaren komandası gələn ildən etibarən Renault mühərriklərindən istifadə edəcək və Britaniya təmsilçisinin sürücüləri başqa seriyalarda yarışmaq istəsələr, Renault-dan icazə almalıdırlar. Qeyd edək ki, Alonso keçən il Toyota ilə 24 saatlıq Le Man marafonunda yarışmaq istəsə də, Honda buna icazə verməmişdi.

Zek Braun: “Renault ilə Fernando Alonsonun Le Manda yarışmaq istəməsi barədə danışdım. Dedilər ki, problem yoxdur. Çünki orada mübarizə aparmırlar. Təbii ki, Fernando Toyota ilə yarışmaq istəyir. Bu barədə danışacağıq və bəzi alternativlərimiz var. Amma Fernando qalib gəlmək istəyir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 45
Teqlər , , ,
Paylaş

logo