Renault Alonsoya dəlisov gələcək vəd etmir

Bildiyiniz kimi, son günlərdə Alonsonun Renault ilə danışıqlar aparması barədə xəbərlər yayılır. Amma Renault Sport-un rəhbəri Siril Abitebul düşünür ki, sürücü heyəti ilə bağlı danışmaq üçün hələ çox tezdir.

F-1.az xatırladır ki, ispaniyalı sürücünün McLaren komandası ilə müqaviləsi ilin sonunda bitəcək. Təcrübəli sürücü ilə Mercedes və Renault komandaları maraqlanırlar. Alonso da 2018-ci ildə güclü komandada çıxış etmək istədiyini deyib.

Qeyd edək ki, 35 yaşlı sürücü 2005-ci və 2006-cı illərdə məhz Renault komandasında Dünya Çempionu titulunu qazanıb və Abitebul həmin illərdə Alonso ilə birlikdə işləyib.

Siril Abitebul: “Fernando ilə əvvəlki illərdə işləmişəm. O vaxtlar Briatore də var idi və gözəl illər keçirtmişdik. Hazırda gələcək sürücü heyətimiz barədə düşünmək istəmirik. Bəzi xəbərlər çıxsa da, bu barədə danışıqlar aparmamışıq. Növbəti mövsüm çempionluq uğrunda mübarizə aparacağımızı düşünmürəm. Bizə bu layihədə dəstək verəcək səbirli sürücü lazımdır. Keçən ilə nisbətən çox inkişaf etmişik və doğru yoldayıq. İki il ərzində yüksək səviyyəli formada yarışmaq istəyirik. Ümid edirəm ki, hər şey planlaşdırdığımız kimi gedər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*