Renault Alonsonu niyə istəməyib?

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Fernando Alonsonu 3-cü dəfə heyətlərinə qatmaq fikirləri olmayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bir neçə gün əvvəl 4-5 komandadan təklif aldığını deyib.

Siril Abitebul: “Fernandoya böyük hörmətim olsa da, dünyadakı ən güclü sürücülərdən biri olsa da, onu komandaya gətirmək barədə düşünmədik. Hazırda o yarış qazanan bolid istəyir. Bizimlə işləmək əsəblərinə pis təsir edərdi. Biz o vəziyyətdə deyilik. Bizə layihəni anlayan və dəstəkləyən sürücülər lazımdır. Fernando belə şey istəmir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*