17 Oktyabr 2017, Çərşənbə axşamı - 20:56

Renault 2019-cu ildə lider ruhlu sürücü transfer edəcək?

Renault 2019-cu ildə lider ruhlu sürücü transfer edəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

08:20 - 22 Sentyabr, 2017

Renault komandasının səfiri və məsləhətçisi Alen Prost bildirib ki, əgər 2018-ci ildə yaxşı iş görsələr, komandaya lider xarakterli bir sürücü transfer edə bilərlər.

F-1.az xatırladır ki, fransızlar gələn ildən etibarən Niko Hülkenberq və Karlos Sayns cütlüyü ilə yarışacaqlar.

Alen Prost: “2018-ci ilin sonunda əksər sürücülər müqaviləsiz qalacaqlar və onlardan birini biz də komandamızda görmək istəyərik. Hər il daha da güclənmək üçün əlimizdən gələni edirik və bunun üçün 2018-ci ildə yaxşı işlər görməliyik. Mühərriyimizi təkmilləşdirsək, üçüncü yer uğrunda mübarizə apara bilərik.

Gələn il Karlos Saynsla yarışacağıq, lakin o, Red Bull ailəsinin bir üzvü olaraq qalacaq. Buna görə də fərqli alternativlər düşünməliyik. 2018-ci ildəki performansımızdan çox şey asılıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 170
Teqlər ,
Paylaş

logo