Renault 2014-cü ilin mühərriyini təqdim edib (video)

Bu gün Le Burje aviasalonunda Renault şirkəti 2014-cü il üçün nəzərdə tutulmuş 1.6 litr həcmi olan V6 mühərriyinin rəsmi təqdimat […]

Bu gün Le Burje aviasalonunda Renault şirkəti 2014-cü il üçün nəzərdə tutulmuş 1.6 litr həcmi olan V6 mühərriyinin rəsmi təqdimat mərasimini keçirib. Yeni motorun gücü 600 at qüvvəsidir və dirsəkli valı dəqiqədə 15 min dövriyyə edir. Mühərrik ERS sistemi ilə təchiz olunub ki, motorun gücünü 160 at qüvvəsi artırır.

Rob Uayt, Renault Sport-un icraçı direktorunun müavini: “İstənilən motorun səsi 3 əsasdan ibarətdir – qazburaxma sisteminin səsi, kollektorun səsi və mexaniki səs. Qızdırılmış motorda qazburaxma sisteminin səsi üstünlük təşkil edir, amma digər iki mənbənin səsini indi biz azaltmışıq və əmin edirik ki, yeni motorların səsi kifayət qədər güclüdür.

Maşın əvvəlki kimi tez sürətlənəcək və tez də dayanacaq. Turbo motorun səsi adi atmosfer motorun səsindən fərqlənir: sürücü ayağını qazdan çəkəndə siz turbinin işləməsini eşidəcəksiniz.

Mən əminəm ki, bəzi insanlar hələ də keçmiş dövrlərin motorlarının səsi üçün nostalgiya yaşayırlar, amma yeni motorların səsi sadəcə başqadır. Misal üçün, sizdən sorşurlar ki, Hansı rok qrup daha yaxşı oxuyur – Motorhead yoxsa AC/DC. Əlbəttə, hər bir qrupun özünəməxsus səsi var və kifayət qədər də güclüdür, amma bir qrupun fanatı o biri qrupun fanatını zəif səsdə ittiham edir.”

turbo-2
turbo-3
turbo-4
turbo-5
turbo-6
turbo-7

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*