22 Oktyabr 2017, Bazar - 21:31

Red Bull yeni bolidinin rəng çalarlarını təqdim edib

Red Bull yeni bolidinin rəng çalarlarını təqdim edib

Müəllif: Elçin Zodorov, redaktor

22:20 - 17 Fevral, 2016

Builki təqdimetmə mərasimi Londonda keçirilib.

F-1.az xəbər verir ki, Red Bull komandası yeni maşını RB12-nin rəng çalarlarının təqdimetmə mərasimini keçirib.

Xatırladaq ki, 2011-ci ildən bəri titul sponsoru olan İnfiniti ilə ayrılan komanda uzun illər McLaren-lə işləyən TAG Heuer ilə müqavilə bağlamışdı. Bolidin kokpitdən arxa hissəsində bu markanın logotipi əks olunub. Komanda eyni zamanda Casio ilə də yollarını ayırıb və Puma ilə uzunmüddətli müqavilə bağlayıb.

Yeni dizaynda pantonların üzərində İnfiniti əvəzinə böyük hərflərə Red Bull yazıldığını görürük.

Komanda yeni bolidini mövsümöncösi testlərin ilk günündə – fevralın 22-də Barselonada təqdim edəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 321
Teqlər , , , , , ,
Paylaş

logo