16 Dekabr 2017, Şənbə - 18:55

Red Bull yay tətilinə Ferrari-nin önündə yollanmaq istəyir

Red Bull yay tətilinə Ferrari-nin önündə yollanmaq istəyir

Müəllif: Elçin Zodorov, redaktor

08:39 - 26 İyul, 2016

F-1.az xatırladır ki, Red Bull komandası Macarıstan Qran Prisində əldə etdiyi nəticədən sonra Mühəndislər Kubokunda 2-ci yerdə olan Ferrari ilə arasındakı xal fərqini birə salıb.

Komandanın rəhbəri Kristian Horner Almaniya Qran Prisində Ferrari-ni keçməyi düşünür: “Hokkenhaymdakı yarış çətin keçəcək, çünki bizim güclü olduğumuz tras deyil. Lakin biz irəli baxırıq və Ferrari-ni burada da üstələmək istəyirik”.

Keçən mövsüm əldə edilən pis nəticədən sonra komanda daxilində heç kim bu mövsüm ön sıralarda mübarizə aparmağı gözləmirmiş. Lakin həm Renault motorunun, həm da şassinin qənaətbəxş olması Red Bull-un mövsümün ilk yarısında güclü təsir bağışlamasına səbəb oldu.

Kristian Horner: “Bu, çox böyük nəticədir. İlin əvvəlində komandanın ilk 5 yerdə olacağına şübhə ilə yanaşırdıq. Hazırda mövsümün ortasındayıq və Ferrari ilə fərqimiz cəmi  1 xaldır. Onlardan fərqli olaraq, qələbə də qazana bilmişik. Macarıstanda bu mövsüm 6-cı dəfə podiuma yüksəldik. Hər iki sürücümüz Ferrari sürücüləri ilə mübarizə apardı və hər ikisi də mübarizədən qalib ayrıldı. Bizim üçün mövsümün ilk hissəsi uğurlu keçdi və həmişə mövsümün 2-ci hissəsində daha güclü olmuşuq…”

 

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 192
Teqlər , ,
Paylaş

logo