Red Bull və İnfiniti müqavilə imzalayıblar

Baharın elə birinci günü Red Bull komandasının və İnfiniti brendinin əməkdaşlığı təsdiq olunub, amma hamının gözlədiyinin əksinə olaraq tərəflər ikiillik […]

Baharın elə birinci günü Red Bull komandasının və İnfiniti brendinin əməkdaşlığı təsdiq olunub, amma hamının gözlədiyinin əksinə olaraq tərəflər ikiillik sposnor müqaviləsi imzalayıblar…

Əməkdaşlıq variantları barədə şayiələr hələ yanvar ayında yayılmışdı, amma o zaman söhbət Red Bull maşınlarında Renault motorlarının adının dəyişdirilməsindən gedirdi. Dünən isə BBC-nin jurnalisti Əndryu Benson telekanalın saytında qıza xəbər yerləşdirmişdi və bu xəbər tezliklə hər yerə yayılıb – Red Bull komandası motorları pulsuz alacaq və Renault-Nissan alyansının premium brendini reklam edəcək. Amma bu məlumat da səhv olub.

Jurnalistlərin seçilmiş qrupunu əvvəlcədən dəvət ediblər, martın 1-dək heç nə çap etməmək şərti ilə dəqiq xəbər verilib – Formula1-ə Yaponiyanın avtomobil brendi gəlir. Ona görə də bu gün hamı hadisələrin real təfərrüatını bilib – tərəflər ikiillik müqavilə imzalayıblar, motorun adı dəyişməyəcək, İnfiniti Formula1-ə sponsor kimi gəlir. Renault şirkəti rəsmi motor təchizatçısı kimi qalacaq, İnfiniti-nin loqotipləri isə maşında və komandanın uniformasında peyda olacaq.

Kristian Horner: “Bu məsələ bizi maraqlandırırdı, İnfiniti-nin rhbərliyi öz fikrini bildirdi – biz həmişə əməkdaşlığa hazırıq. Keçən il bizim qazandığımız iki titula baxsaq, yeni ili biz daha böyük həyəcanla gözləyirik, xüsusən də yeni tərəfdaşla.

Komanda inkişafını davam etdirir, bizə yeni tərəfdaşla irəliləmək marketinq baxımından çox vacibdir. Biz şəxsi komandayıq, nə motor buraxırıq, nə akkumulyator, heç KERS də hazırlamırıq, ona görə də Nissanİnfiniti-nin texnologiyalarını əldə etmək bizə çox vacib idi.

Bu tərəfdaşlıq Formula1 üçün də xüsusi əhəmiyyət kəsb edir – bir çox avtoistehsalçılar çempionatı tərk etdiyi halda, biz yeni Yaponiya şirkətinin qayıtmasını elan etmişik – Nissanİnfiniti artıq Formula1-in bir hissədir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*