Red Bull-un sürəti S.Fetteli təəccübləndirib

Sebastyan Fettel etiraf edib ki, öz nəticəsindən təəccüblənib: məşqlərdə onu müxtəlif problemlər izləyirdi, amma bu gün sıralanma turunda gənc alman […]

Sebastyan Fettel etiraf edib ki, öz nəticəsindən təəccüblənib: məşqlərdə onu müxtəlif problemlər izləyirdi, amma bu gün sıralanma turunda gənc alman sürücü üçüncü nəticə göstərib…

Sebastyan Fettel: “Sıralanma turuna kimi bizim çətinliklərimiz var idi, dünən birinci məşqlərdə yalnız bir dövrə vura bildim, ikinci məşqlərdə səhvə yol verərək trasdan çıxdım, ona görə də proqramımızı tam yerinə yetirə bilmədik. Bu gün səhər əyləc sistemində problemlər yarandı və yenə də vaxt itirdik, amma biz telemetriyanı öyrənməklə sıralanma turuna hazırlaşdıq. Ona görə də üçüncü yeri uğur saymaq olar.

Nəticələr çox sıx alınıb, texniki relqmentdə ciddi dəyişikliklərin olmasına baxmayaraq, komandalar yaxşı işləyiblər. Çox güman ki, Red Bull Brawn-dan sonra çempionatda ikinci komandadır, amma biz vəziyyətə ağılla qiymət verməliyik. Qarşıda bizi uzun mövsüm gözləyir və bu hələ başlanğıcdır. Əsas hadisələr sabah cərəyan edəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*