Red Bull-un problemlərinin səbəbkarı Renault motorlarıdır?

Dünən başa çatmış Barselona testlərindən sonra Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, komanda maşının sazlanmasında problemlərlə üzləşib. […]

Dünən başa çatmış Barselona testlərindən sonra Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, komanda maşının sazlanmasında problemlərlə üzləşib. Almaniyanın Auto Motor und Sport qəzetinin jurnalistləri hesab edirlər ki, problemlər FİA-nın iki həftə əvvəl dəqiqləşdirdiyi motor xəritələri ilə bağlı ola bilər.

İlk iki test seriyasında Sebastyan Fettel və Mark Uebber çox inamlı görünürdülər, ona görə də bir çox ekspertlər məhz onları qarşıdakı mövsümün favoritləri hesab etmişdilər. Komandanın sürət problemi olsa da, hamı bunu komandanın real sürətini göstərməmək arzusu ilə əlaqələndirmişdi. Fettel açıq demişdi ki, yeni maşın keçənilkindən yaxşı görünür. Amma sonuncu testlərdə hər şey dəyişib: bir həftəyə nə baş verib?

Auto Motor und Sport-un fikrincə, problemlərin əsas səbəbi ikinci testlər seriyasından sonra FİA-nın Renault motorlarının məhz RB9-da xəritəsinin dəyişdirilməsi ilə bağlı qəbul etdiyi qərardır. Red Bull sürücülərinin sonuncu testlərdə zəif sürəti bunu söyləməyə əsas verirsə, başlıca arqument Ədrian Nyuinin Barselonada olmamasıdır. Almaniyalı jurnalistlər güman edirlər ki, məşhur mühəndis təcili olaraq yeni qazburaxma sisteminin hazırlanmasına başlayıb ki, motorun dəyişmiş xəritəsi ilə üzə çıxan itkiləri kompensə edə bilsin. Əgər gümanlar doğrudursa, onda Nyuinin işinə vaxt və səy lazımdır.

Amma sadə bir versiyanı da istisna eləmək düzgün deyil: Red Bull həqiqətən sonuncu testlərdə real imkanlarını göstərməmək qərarını qəbul edib. Axı komandanın şansları barədə danışarkən, Helmut Marko gülümsəyərək cavab verib: “Yaşayırıq – görərik!”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*