Red Bull Türkiyəyə qədər KERS-i təkmilləşdirəcək

Mövsümün ilk üç yarışında Red Bull komandası kinetik enerjini bərpa edən sistemin (KERS) effektiv və etibarlı işləməsinə nail ola bilməyib, […]

Mövsümün ilk üç yarışında Red Bull komandası kinetik enerjini bərpa edən sistemin (KERS) effektiv və etibarlı işləməsinə nail ola bilməyib, amma qarşıda böyük fasilə gəlir – komanda fasilə ərzində KERS-i təkmilləşdirəcək…

Kristian Horner: “Şanxayda sistem yalnız bir maşında 25-ci dövrəyə kimi normal işləmişdi, amma sonra problemlər yarandı və bəzi dövrələrdə işləyirdi, bəzilərində isə yox, sistemin effektivliyi də arzuolunan deyildi.

Ümumiyyətlə, hər iki maşında KERS effektiv və etibarlı işləmir, amma biz sistemlə nə qədər çox vaxt işləyiriksə, onu daha çox başa düşürük, Türkiyə yarışına qədər isə biz sistemi təkmilləşdirəcəyik. Düşünürəm ki, tezliklə problemlər aradan qalxacaq.”

Qeyri-rəsmi məlumatlara görə, KERS-in problemlərinə səbəb maşının arxa hissəsinin balaca olmasıdır – Ədrian Nyui sistemin aerodinamikaya təsirini minimuma endirib. Buna görə də akkumulyatorlar tez qızır və sistem yalnız müəyyən məsafədə işləyə bilir, daha sonra isə soyumaq üçün söndürülür. Hərçənd, Nyui problemin olmasını gizlətmir…

Ədrian Nyui: “Maşının sisteçlərinin şassiyə qoyulması zamanı ən böyük çətinliklər KERS-lə bağlıdır, aerodinamik effektliyin itkisini minimuma endirmək vacibdir. Müstəqil komandalar üçün KERS başağrısıdır, biz məmnuniyyətlə sistemdən imtina edərdik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*