Red Bull təkərlərin davranışından narahatdır

Bu gün ikili diffuzorlardan istifadə etməyən komandalar arasında Red Bull yenə də ən sürətli olub… Mark Uebber (4-cü yer): “Gün […]

Bu gün ikili diffuzorlardan istifadə etməyən komandalar arasında Red Bull yenə də ən sürətli olub…

Mark Uebber (4-cü yer): “Gün pis keçmədi. Təəssüf ki, ikinci sessiyanın sonunda mənim maşınımda arxa asılqanla problemlər yaşadım, problemin həllinə vaxt itirdik, ona görə də proqramımızı tam yerinə yetirməmişəm.

Amma buna baxmayaraq, biz faydalı məlumat toplamışıq. Bu uik-endin əsas həlledici faktoru təkərlər olacaq – bütün komandalar və sürücülər təkərlərə öyrəşməlidirlər. Bizi ən çox təkərlərin dənlə örtülməsi narahat edir, yaxşı ki, mənim gözümü şlemin vizoru qoruyur, trasda rezin qırıntıları uçur.”

Sebastyan Fettel (5-ci yer): “Bu gün biz normal işimizlə məşğul olduq, təkərin işini qiymətləndirdik, bazar günü bu çox vacib olacaq, çünki Şanxayda təkərlərlə hamının problemi var.

Komanda əla çalışdı, maşın yaxşı işləyirdi, bu isə həmişə xoşdur. Hava da bu gün ideal idi, baxaq görək bizi sabah nə gözləyir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*