17 Dekabr 2017, Bazar - 12:00

Red Bull sürücülərinin mübarizəsinə icazə verəcək

Red Bull sürücülərinin mübarizəsinə icazə verəcək

Müəllif: Rauf Hacıyev, redaktor

12:08 - 06 Oktyabr, 2016

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, sürücülərinə yarışın əmri verib…

F-1.az xatırladır ki, 2017-ci ilin bolidlərində radikal dəyişikliklər olacaq və bunun hesabına Red Bull çempionluq mübarizəsi apara bilər. Horner bildirib ki, 2017-ci ildə sürücülərinin mübarizəsinə icazə verəcək: “Bu, mənim üçün problem deyil. Yarış ərzində təkərləri qorumaq sürücülər üçün çox vacibdir. Əgər önünüzdəki rəqibi qovalıyırsınızsa, limitlərdə sürürsünüz. Ancaq sürücü təkərlərini qorumalıdır”.

Horner yarışdan sonra bildirib ki, Ferstappen üçün tətbiq etdikləri strategiyadan razı qalıblar: “Ferstappenin strategiyası ilə bağlı problem yoxdur. Əlindən gələn hər şeyi etdi və qələbə üçün mübarizə apardı.

İki sürücü 5-ci və 6-cı döngələrdə yan-yana gəldilər. Hər ikisi də vəziyyətdən razıdırlar.

Suzukanı səbirsizliklə gözləyirik və ümid edirəm ki, bizim üçün yaxşı yarış olar. Bolidimiz Malayziyada ikinci sektorda sürətli idi. Buna görə də Suzukada birinci və ikinci sektor zamanlarını görmək üçün səbirsizlənirik. Sürücülər oranı sevirlər. Ümid edirəm ki, yaxşı həftəsonu keçirərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 122
Teqlər , , , , ,
Paylaş

logo