Red Bull S.Fettellə müqaviləsini uzadıb

Od olmayan yerdən tüstü çıxmaz – bizim atalar sözü yenə də doğru çıxıb. Sebastyan Fettelin Ferrari-yə gələcəkdə keçməsi barədə son […]

Od olmayan yerdən tüstü çıxmaz – bizim atalar sözü yenə də doğru çıxıb. Sebastyan Fettelin Ferrari-yə gələcəkdə keçməsi barədə son zamanlar çox söz-söhbət gəzirdi. Red Bull komandası almaniyalı sürücünün arzusuna mətbuatda azad yanaşsalar da, son nəticədə Sebin Red Bull-la müqaviləsi daha iki il uzadıldı…

İndi Fettel komandada ən azı 2014-cü ilin sonuna qədər çıxış edəcək. Sport Bild-in bildirdiyinə görə, onun illik gəliri 8-10 milyon Avro təşkil edəcək. Müqaviləyə əsasən sürücü spsonsor tədbirlərinə çox cəlb olunmayacaq və daha çox sərbsətlik alacaq.

Gözlənildiyinə görə, rəsmən müqavilə gələ həftə elan olunacaq. Qeyd etmək lazımdır ki, komanda Ədrian Nyuinin və köməkçilərinin də müqavilələrini uzadıb. Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko təsdiq edib ki, “konstruktor ştabının əsas nümayəndələri 2014-cü ilə qədər komandada qalacaqlar…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Red Bull S.Fettellə müqaviləsini uzadıb

Dünən gecə Red Bull Racing komandasının mətbuat xidməti reliz yayıb və bildirib ki, Sebastyan Fettel komandada ən azı daha iki […]

Dünən gecə Red Bull Racing komandasının mətbuat xidməti reliz yayıb və bildirib ki, Sebastyan Fettel komandada ən azı daha iki il qalacaq…

Relizdə deyilir: “Red Bull Racing komandası sevinclə bildirir ki, Sebastyan Fettelə müqavilə 2011-ci ilə qədər uzadılıb, amma daha bir il uzatmaq opsionu da var. Fettel 12 yaşından Red Bull-un gənc sürücülərə dəstək proqramının iştirakçısıdır.

Bu il o artıq iki Qran Pridə – Çin və Böyük Britaniya yarışlarında qələbə qazanıb və indi onun karyerasında üç qələbəsi var. Hazırda Sebastyan çempionatda şəxsi hesabda üçüncü yerdədir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*