Red Bull S.Fettellə komanda əmrlərinə biganəliyi müzakirə edəcək

Malayziya Qran Prisinin son dövrələrində Sebastyan Fettelin yarış mühəndisi sürücüdən maşını boksda saxlamasını xahiş edib ki, rəsmən mübarizədən kənar qalma […]

Malayziya Qran Prisinin son dövrələrində Sebastyan Fettelin yarış mühəndisi sürücüdən maşını boksda saxlamasını xahiş edib ki, rəsmən mübarizədən kənar qalma qeydə alınsın. Yarışdan sonra komanda bu addımı əyləclərin həddən çox qızması ilə əlaqələndirib. Amma ekspertlər hesab edirlər ki, komandanın məqsədi Çin Qran Prisi üçün maşının ötürmələr qutusunu dəyişmək olub – yalnız bu halda sürücünü startda 5 yer itirmək cəriməsi gözləmir.

Finişdən dərhal sonra Sebastyan maşında radioəlaqənin olmamasından gileylənib, hərçənd, komanda əmrini sürücü start-finiş düzlüyünü keçərkən xüsusi məlumat tablosunda da görmək olardı. Bir az sonra almaniyalı sürücü bildirib ki, “damalı bayrağı görmək” istəyib.

Almaniyanın Bild qəzeti ehtimal edir ki, Fettel əmri aydın eşidib, amma əmrə tabe olmayıb. Red Bull komandasının başçısı Kristian Horner bildirib ki, Sebastyan həftənin sonunda Çilton Kinsə gələcək və orada simulyatorda Çin Qran Prisinə hazırlaşacaq, elə həmin günlərdə sürücü ilə komanda əmrlərinə biganəlik müzakirə olunacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*