Red Bull Ring avtodromu açılıb

Bu gün Red Bull Ring avtodromunun rəsmi açılışı olub və sonuncu dünya çempionu Sebastyan Fettel və yerli əfsanəvi sürücü, üçqat […]

Bu gün Red Bull Ring avtodromunun rəsmi açılışı olub və sonuncu dünya çempionu Sebastyan Fettel və yerli əfsanəvi sürücü, üçqat dünya çempionu Niki Lauda Şpilberqdə bərpa olunmuş trası artıq yoxlayıblar…

Sebastyan Fettel: “Mən birinci dəfə Şpilberqə gələndə cəmi 14 yaşım var idi – mən König Formulasının yarışın agəlmişdim. O zaman Red Bull ailəsinə təzəcə qoşulmuşdum. Həmin vaxtdan çox şey dəyişib.

Yenilənmiş tras çox xoşuma gəldi, çünki onun xarakteri əvvəlki kimi qalıb. Enişin sonundakı döngələr əks profillidir, bu hissələri keçmək həmişə çətin idi, xüsusən də bu gün, asfalt hələ çirkli idi. Bu trasda gələcəkdə yarışmaq maraqlı olardı, əlbəttə, Formula1 bura qayıtsaydı, mən şad olardım. Ümid edirəm ki, karyeram qurtarmamış biz bura qayıdacayıq!”

Niki Lauda: “Birinci dəfə mən bu trasa 1974-cü ildə çıxmışdım, 1984-cü ildə isə ev trasımda qələbə qazanmışdım.

Bu gün mən bu trasa qayıtdım ki, avtoidmanın vetranları ilə bir daha yarışım və yarışda Diter Kvesteri qabaqlayaraq birinci oldum. Trasda baş verən dəyişikliklər məni sevindirib. Trasın yenilıənməsi yaxşıdır – bu, Avstriya avtoidmanı üçün böyük hədiyyədir.

Trasın konfiqurasiyası dəyişməyib, avtodrom ideal vəziyyətdədir, onun müasir infrastrukturu isə hətta Bəhreynlə müqayisə olun abilər.”

Helmut Marko: “”Bərpa olunmuş boyektlərin hamısı möhtəşəmdir. Söhbət yalnız trasdan getmir, Şpilberqdkəi bütün layihə möhtəşəmdir.

Avtodrom ətraf landşafta gözəl uyğunlaşıb. Yaxşı haldır ki, yerli əhali də bizi dəstəkləyir: hamı razıdır ki, tras yeni həyata qədəm qoyur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*