Red Bull qərarını yayda verəcək

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, yay tətilində mühərriklə bağlı qərarlarını verəcəklər. .

F-1.az bildirir ki, Red Bull komandasının Renault ilə müqaviləsi ilin sonunda bitəcək. Fransız mühərrik istehsalçısı “qırmızı öküzlər”i tələsdirsə də, Avstriya təmsilçisi Honda ilə Renault mühərriklərini müqayisə etmək istəyir.

Kristian Horner: “Əlimizdə alternativlər var. Renault tərəfdən baxsaq, bu münasibəti davam etdirə bilərik. Onlar bizimlə davam etmək istəyirlər. Honda barədə danışsaq, onların da alternativ olduğunu deyə bilərik. Hazırda onların inkişafına nəzarət edirik. Yay tətilində mühərriklə bağlı son qərarı verəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*